Azərbaycan, Bakı, 05 sentyabr / Trend , müxbir C.Babayeva /
Azərbaycanın hakim Yeni Azərbaycan Partiyası bələdiyyə seçkiləri ilə bağlı konsepsiyanın hazırlanmasına başlayır.
"Partiyanın rayon təşkilatları seçkilərə hazırlığa başlayıblar. Bəzi yerli təşkilatlarda seçki qərargahları yaradılıb", - bu barədə şənbə günü jurnaslitlərə Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov bildirib. Azərbaycanda bələdiyyə seçkilərinin dekabrın ortalarında keçirilməsi gözlənilir.
Əhmədov dediyinə görə, bələdiyyələrdə ölkə gəncləri elə də geniş təmsil olunmayıb. "Azərbaycan gəncləri və partiyanın gənc üzvləri bələdiyyə seçkilərində fəal iştirak edir. Partiya tərəfindən qadınların bələdiyyələrdə daha geniş təmsil olunması üçün bütün imkanlar yaradılacaq", - o bildirib.
"Bələdiyyələrdə qurumun fəaliyyətinin təkmiləşdirilməsi prosesi gedir. Bu il bizim əsas məqsədimiz bələdiyyələrin əmək qabilliyətinin artırılmasıdır. Partiya bu istiqamətdə gücləndirilmiş işlər həyata keçirir", - Əhmədov deyib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]