...

İranda demokratiya var - Əhmədinejad

Siyasət Materials 7 Sentyabr 2009 12:43 (UTC +04:00)

İran Prezidenti Mahmud Əhmədinejad bəyan edib ki, İranda keçirilən prezident seçkiləri ölkənin və xalqın inkişaf potensialını daha da artırdı. "Respublikada demokratiya var", - o bildirib.

Dövlət telekanlaı IRINN-nın birbaşa efirində yayımlanan mətbuat konfransında Əhmədinejad bildirib ki, prezident seçkiləri xalq üçün daha vacib məqsədlərin həyata keçirilməsində doğru istiqamətə addım olub.

Onun sözlərinə əsasən, İran ötən prezident seçkilərində üç istiqamətdə nailiyyət əldə edib. "Biz demokratiya sahəsində beynəlxalq cəmiyyət üçün nümunə olduq. İranda əsl demokratiya var", - o deyib.

Onun sözlərinə əsasən, ikinci nailiyyət ondan ibarətdir ki, İranın düşmənləri xalqın seçiminə təsir etməyə çalışarkən uğursuzluğa düçar oldular.

Əhmədinejad bildirib ki, bundan savayı, prezident seçkiləri "köhnə sərmayeçi" - Böyük Britaniya və "islahatçı" Barak Obamanın əsl məqsədlərinin üstünü açdı. "Onların İranda gözlənilən dəyişikliklər barədə bəyanatlarına baxmayaraq, seçkilər heç nəyin dəyişmədiyini göstərdi", - Prezident bildirib.

İranda iyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı başçısı Əhmədinejad səslərin 62,63%-ni toplayaraq qalib gəlib. Onun əsas rəqibi Mir Hüseyn Musəvi səslərin 33,75 %-ni toplayıb. Mehdi Kərrubi və İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandiri Möhsün Rezai birlikdə səslərin 2%-dən çoxunu toplayıb.

Xəbər lenti

Xəbər lenti