...

AŞ PA-nın payız sessiyasında Azərbaycanla bağlı məsələ gündəliyə salınmayıb - vitse-prezident

Siyasət Materials 8 Sentyabr 2009 13:10 (UTC +04:00)
Azərbaycanla bağlı heç bir məsələ Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə daxil edilməyəcək.
AŞ PA-nın payız sessiyasında Azərbaycanla bağlı məsələ gündəliyə salınmayıb - vitse-prezident

Azərbaycan, Bakı, 08 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında Azərbaycanla bağlı məsələ müzakirəyə çıxarılmayacaq.

"Azərbaycanla bağlı heç bir məsələ Avropa Şurası Parlament Assambleyasının payız sessiyasının gündəliyinə daxil edilməyəcək. Azərbaycanın öhdəlikləri ilə bağlı məsələ yalnız Avropa Şurasının Monitorinq Komitəsinin iclasında müzakirəyə çıxarılacaq", - çərşənbə axşamı Trend -a Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) vitse-prezidenti, Azərbaycanın qurumdakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirib.

Trend -un arayışı: AŞ PA-nın payız sessiyası sentyabrın axırlarında keçiriləcək.

Azərbaycan Avropa Şurasına 2001-cildə üzv olarkən müəyyən öhdəliklər götürüb. Bu öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək üçün AŞ Monitorinq Komitəsi intensiv araşdırmalar aparır.

Seyidovun sözlərinə görə, payız sessiyasına Azərbaycanla bağlı məsələnin müzakirəyə çıxarılmamasının əsas səbəbi Monitorinq Komitəsi həmməruzəçilərinin məruzələrinin hazır olmamasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti