Ermənistan həbsxanalarında məhbuslarla rəftarı yaxşılaşdırmaq lazımdır – ATƏT-in məruzəsi

Siyasət Materials 9 Sentyabr 2009 14:26 (UTC +04:00)
ATƏT-in məruzəsi Ermənistanın islah müəssisələri və istintaq təcridxanalarının insan hüquqları sahəsində beynəlxalq normalara uyğunlaşdırılması səviyyəsini qiymətləndirib, məhbuslarla rəftarın yaxşılaşdırılmasının vacibliyini qeyd edib.
Ermənistan həbsxanalarında məhbuslarla rəftarı yaxşılaşdırmaq lazımdır – ATƏT-in məruzəsi

Azərbaycan, Bakı, 09 sentyabr / Trend , Y.Ostapenko /

ATƏT-in məruzəsi Ermənistanın islah müəssisələri və istintaq təcridxanalarının insan hüquqları sahəsində beynəlxalq normalara uyğunlaşdırılması səviyyəsini qiymətləndirib, məhbuslarla rəftarın yaxşılaşdırılmasının vacibliyini qeyd edib. Bu barədə ATƏT-in rəsmi məlumatında deyilir.

İllik məruzədə ilkin həbs yerlərinin və həbsxanalarda 2008-ci ildə Ədliyyə Nazirliyinin rəhbərliyi altında ictimai müşahidəçilər qrupunun keçirdiyi yoxlamaların nəticələri təqdim olunub. Məruzədə səhiyyə, sanitar xidmətləri, qida məhsullarının keyfiyyəti və məhbuslarla rəftarla bağlı diymətləndirmələr verilir.

"İctimai monitorinq həbs cəzası sistemində şəffaflığı və hesabatlılığı təmin etməyə imkan verir. ATƏT ümid edir ki, məruzənin tövsiyələri bu sistemin yenidən formalaşdırılması üzrə hökumət üçün əlavə mənbə olacaq", - ATƏT-in İrəvan ofisində insan haqları üzrə əməkdaş Şahrunnisə Nəcmiddinova deyib.

Qrup həbsxana yerləri sisteminin yenidən formalaşdırılması ilə bağlı aşkar olunmuş nöqsanları aradan qaldırmağın vacibliyi üzrə 350-dən çox tövsiyə təqdim edib.

Vaxtından əvvəl azadlığa buraxılma prosedurunun qeyri-effektliyinə görə həbsxanaların tamamilə dolması narahatlıq doğurur. ATƏT həmçinin bu prosesə psixologiya və sosiologiya üzrə mütəxəssisləri cəlb etməyə çağırır.

Məruzə İrəvanda ATƏT Bürosunun dəstəyi ilə səhiyyə sahəsində hüquq və təşəbbüslər üzrə Açıq Cəmiyyət İnstitutu ilə birgə hazırlanıb və dərc edilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti