...

Azərbaycanda DSK sədrləri üçün kursların təşkili seçkilər zamanı ortaya çıxan problemlərin həlli üçün vacibdir - MSK sədri

Siyasət Materials 11 Sentyabr 2009 15:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycanda Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün kursların təşkili seçkilər zamanı ortaya çıxan problemlərin həlli üçün çox vacibdir. Trend -un məlumatına görə, bu barədə jurnalistlərə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bildirib.

MSK sentyabrın 7-dən Dairə Seçki komissiyalarının (DSK) sədrləri üçün seçki hüququ üzrə ixtisaslaşdırılmış kurslara başlayıb. Bu gün kursun sonunda iştirakçılara sertifikatlar verilib. Kurslarda Prezident Administrasiyasının şöbə müdirləri, daxili işlər nazirinin müavini, MSK üzvləri və digər dövlət strukturlarının nümayəndələri məruzə ilə çıxış ediblər.

Pənahov deyib ki, son illər belə tədbirlər keçirməklə xeyli nailiyyətlər əldə edilib və seçki orqanlarının fəaliyyəti kifayət qədər təkmilləşib. "Bu da növbəti seçkilərin yüksək səviyyədə keçirilməsinə təminat verir", -o deyib.

Onun sözlərinə görə, seçki hüququ üzrə ixtisaslaşmış kurslar DSK üzvlərinin iştirakı ilə yerlərdə də keçiriləcək.

Kurslarda yerli icra hakimiyyəti, məhkəmə və prokurorluq nümayəndələri müxtəlif mövzularda məruzələr oxuyacaqlar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti