...

Gürcüstan səfiri İran Prezidentinə etimadnaməsini təqdim edib

Siyasət Materials 14 Sentyabr 2009 17:35 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 14 sentyabr / Trend , müxbir N.Kirsxaliya /

Gürcüstanın İran İslam Respublikasındakı səfiri Georgi Cancqava İran Prezidenti Mahmud Əhmədinejata etimadnaməsini təqdim edib.

Cancqava prezidentlə görüşü zamanı əməkdaşlığın möhkəmləndirilməsi üçün zəmin yaradan iki ölkə arasındakı çoxəsrli mədəni və tarixi əlaqələrə toxunub.

Səfir öz növbəsində onu qəbul etdiyi üçün prezidentə təşəkkür edib və Gürcüstan hökumətinin İranla siyasi, ticari-iqtisadi, elmi və mədəni sahələrdə əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu deyib.

Görüşün sonunda səfir prezidentə qədim Tbilisinin görüntüsü olan rəsm hədiyyə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti