...

Azərbaycan Parlamentinin komitəsində Daxili Qoşunların Hərbi Şurasının tərkibi dəqiqləşdirilib

Siyasət Materials 17 Sentyabr 2009 15:54 (UTC +04:00)
“Daxili qoşunların statusu haqqında” qanuna əlavə və dəyişikliklər layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq”, - cümə axşamı Trend News-a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.
Azərbaycan Parlamentinin komitəsində Daxili Qoşunların Hərbi Şurasının tərkibi dəqiqləşdirilib

Azərbaycan, Bakı, 17 sentyabr / Trend , müxbir A.Hüseynbala /

Azərbaycan Parlamentinin komitəsində Daxili Qoşunların Hərbi Şurasının tərkibi dəqiqləşdirilib.

"Daxili qoşunların statusu haqqında" qanuna əlavə və dəyişikliklər layihəsi parlamentin payız sessiyasında müzakirəyə çıxarılacaq", - cümə axşamı Trend -a Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc bildirib.

Orucun sözlərinə görə, komitənin bugünkü iclasında qanunun 12.2-ci maddəsinin 2-ci abzasının belə ifadə olunması ilə bağlı qərar qəbul olunub. "Hərbi Şuranın tərkibinə Daxili Qoşunların komandanı (həmin şəxs eyni zamanda şuranın sədri sayılır), Daxili Qoşunlar komandanının birinci müavini (o həm də qərargah rəisidr), komandanın müavinləri, habelə Daxili Qoşunlar Baş İdarəsinin digər vəzifəli şəxsləri daxildir", - deputat əlavə edib.

Komitənin iclasında "Birləşmiş Millətlər Təşkilatının işçi heyətinin və onunla bağlı heyətin təhlükəsizliyi haqqında Konvensiya"ya Fakültativ Protokolun təsdiq edilməsi barədə qanun layihəsinə də baxılıb. "Bu layihə ilə yanaşı, "Terrorçuluq, mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizə sahəsində GUAM-ın iştirakçısı olan dövlətlərin hökumətləri arasında əməkdaşlıq haqqında" 2002-ci il 20 iyul tarixli saziş"ə dair protokolun təsdiq edilməsi barədə layihənin də Milli Məclisin payız sessiyasının gündəliyinə daxil edilməsi tövsiyə olunub", - Oruc vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti