...

Azərbaycanın Qazaxıstandakı səfiri "Qızıl Prometey " müsabiqəsinin mükafatına layiq görülüb

Siyasət Materials 19 Sentyabr 2009 16:33 (UTC +04:00)
Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri "Qızıl Prometey" müsabiqəsinin xüsusi mükafatına və fərmanına layiq görülüb.
Azərbaycanın Qazaxıstandakı səfiri "Qızıl Prometey " müsabiqəsinin mükafatına layiq görülüb

Trend-i buradan izləyin

Qazaxıstan, Astana, 19 sentyabr / Trend , müxbir K.Konırova /

Azərbaycanın Qazaxıstandakı fövqəladə və səlahiyyətli səfiri "Qızıl Prometey" müsabiqəsinin xüsusi mükafatına və fərmanına layiq görülüb, gələn həftə Astanada keçirilməsi planlaşdırılan "Qazaxıstan Neft Həftəsi"nin təşkilat komitəsindən Trend -a deyilib.

"Azərbaycan səfiri Qazaxıstan neftinin 110 illik yubileyi çərçivəsində Qazaxıstan və Azərbaycan arasında əməkdaşlığın inkişafına göstərdiyi xidmətlərə görə xüsusi mükafata layiq görülüb", - təşkilat komitəsindən deyilib.

Fövqəladə və səlahiyyətli səfir Lətif Qəndilov Qazaxıstanın neft qaz sahəsinə verdiyi böyük töhfələrə görə "Astana diplomatik korpusunun ən yaxşı diplomatı" adına layiq görülüb.

Azərbaycanlı diplomat Qazaxstan paytaxtının diplomatik korpusunun ən fəal diplomatıdır. Bununla yanaşı Qazaxıstan və Azərbaycan arasında strateji tərəfdaşlıq barədə razılaşma, həmçinin Qazaxıstanın Bakı-Ceyhan-Tbilisi borukəmərinə qoşulması haqda razılaşma imzalanıb.

"Qızıl Prometey" müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi 23 sentyabrda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti