...

Azərbaycanın və Qazaxıstanın hakimiyyətdə olan partiyaları əməkdaşlıq haqda razılaşma imzalayacaqlar

Siyasət Materials 25 Sentyabr 2009 14:50 (UTC +04:00)
Razılaşma YAP-ın icraçı katibi Əli Əhmədovun Qazaxıstana səfəri çərçivəsində imzalanacaq, Azərbaycanın bu ölkədəki səfirliyindən Trend News-a mıəlumat verilib.
Azərbaycanın və Qazaxıstanın hakimiyyətdə olan partiyaları əməkdaşlıq haqda razılaşma imzalayacaqlar

Qazaxıstan, Astana, 25 sentyabr / Trend , müxbir K.Konırova /

Azərbaycanın hakimiyyətdə olan Yeni Azərbaycan Partiyası (YAP) və Qazaxıstanın iqtidar partiyası "Nur Otan" əməkdaşlıq barədə razılaşma imzalayacaqlar.

Razılaşma YAP-ın icraçı katibi Əli Əhmədovun Qazaxıstana səfəri çərçivəsində imzalanacaq, Azərbaycanın bu ölkədəki səfirliyindən Trend -a mıəlumat verilib.

"YAP-ın nümayəndələri Qazaxıstanın "Nur Otan" Xalq Demokratik Partiyasının dəvəti ilə Asiya Siyasi Partiyalarının V Baş Assambleyasının beynəlxalq konfransında iştirak edəcək. YAP da bu Assambleyanın üzvüdür", - əvvəllər YAP-dan Trend -a məlumat verilib.

"Konfransda dünya iqtisadi böhranının həlli yolları və onun nəticələri gənc siyasi liderlərin və qadınların cəmiyyətdə rolunun artırılması məsələləri müzakirə ediləcək", - məlumatda deyilir.

YAP 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən Naxçıvan Milli Məclisinin sədri olduğu zaman yaradılıb. Hazırda partiyaya prezident İlham Əliyev rəhbərlik edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti