Gürcüstan, Tbilisi, 25 sentyabr / Trend , müxbir N.Kirsxaliya /
Gürcüstan nümayəndə heyəti Avropa Şurasında ciddi mübarizəyə hazırlaşır. Nümayəndə heyətinin üzvü Georgi Qabaşvilinin jurnalistlərə dediynə görə, onları Rusiya nümayəndə heyəti ilə ciddi debatlar gözləyir.
"Rusiya nümayəndələri maksimal güc sərf edəcəklər ki, hazırlanmış qətnamə olduğu şəkildə gündəliyə çıxarılmasın. AŞ-nin Parlament Assambleyasının gündəliyində sənədin qəbul edilməsi məsələsi çox vacibdir. Bu sənəddə Avropa Şurası bir daha Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini təsdiq edir və Rusiyaya beynəlxalq öhdəlikləri yerinə yetirmək üçün yanvarın 1-dək vaxt verir", - Qabaşvili deyib.
AŞPA-nın payız sessiyasında iştirak etmək üçün bu gün axşam Petre Siskarişvili, Mixail Maçavariani, Georgi Qabaşvili, Çiora Taktakişvili, Akaki Minaşvili, David Darçiaşvili, Georgi Kandelaki, Georgi Tarqamadze və Maqda Anikaşvili Strasburqa gedəcəklər.
AŞPA-nın payız sessiyası sentyabrın 28-də açılır və oktyabrın 2-də başa çatacaq.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]