...

Bakıda Ümummilli lider Heydər Əliyevin xatirə medalyonunun təqdimetmə mərasimi keçirilib

Siyasət Materials 25 Sentyabr 2009 20:07 (UTC +04:00)
Bakıda cümə günü Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirə medalyonunun təqdimetmə mərasimi keçirilib. Medalyon Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanıb.
Bakıda Ümummilli lider Heydər Əliyevin xatirə medalyonunun təqdimetmə mərasimi keçirilib

Azərbaycan, Bakı, 25 sentyabr / Trend , müxbir C.Babayeva /

Bakıda cümə günü Beynəlxalq Muğam Mərkəzində Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirə medalyonunun təqdimetmə mərasimi keçirilib. Medalyon Heydər Əliyev Fondunun təşəbbüsü ilə hazırlanıb.

Medalyon numizmatika sahəsində dünya şirkətlərindən biri olan və az bir zamanda sikkə və medalyonlar sahəsində hörmət edilən brendlərdən birinə çevrilən Maer Collection beynəlxalq şirkəti tərəfindən hazırlanıb.

Şirkətin rəhbəri Bernard Maer jurnalistlərə deyib ki, medalyon Heydər Əliyev Fondunun prezidentinin icazəsi ilə hazırlanıb.

"Şirkət Heydər Əliyev Fonduna və onun prezidenti Mehriban Əliyevaya göstərdiyi dəstəyə görə təşəkkür edir", - Maer deyib.

Onun sözlərinə görə, şirkət bir il əvvəl Şərqi Avropanın, Keçmiş SSSR və Qafqazın siyasi həyatında mühüm rol oynayan şəxsiyyətin xatirə medalyonunu hazırlamaq qərarına gəlib.

"Şirkətimiz Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin xatirə medalyonunu hazırladığı üçün qürur hissi duyur", - Maer deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti