...

Fransanın Xarici İşlər naziri Moskvaya səfər edəcək

Siyasət Materials 1 Oktyabr 2009 09:34 (UTC +04:00)
Fransanın Xarici İşlər naziri Bernar Kuşner (Bernard Kouchner) və Müdafiə naziri Erve Morən (Hervé Morin) təhlükəsizlik məsələlərinə dair Fransa-Rusiya Əməkdaşlıq Şurasının səkkizinci sessiyasının işində iştirak etmək üçün 01 oktyabr 2009-cu ildə Moskavaya səfər edəcəklər. Bu barədə məlumat cümə axşamı Nazirliyin İnternet səhifəsində yer alıb.
Fransanın Xarici İşlər naziri Moskvaya səfər edəcək

Fransa, Strasburq, 1 oktyabr/ Trend , müxbir A.Məhərrəmli/

Fransanın  Xarici İşlər naziri Bernar Kuşner (Bernard Kouchner) və Müdafiə naziri Erve Morən (Hervé Morin) təhlükəsizlik məsələlərinə dair Fransa-Rusiya Əməkdaşlıq Şurasının səkkizinci sessiyasının işində iştirak etmək üçün  01 oktyabr 2009-cu ildə Moskavaya səfər edəcəklər. Bu barədə məlumat cümə axşamı Nazirliyin İnternet səhifəsində yer alıb.
 
2002-ci ildə əsası qoyulan bu görüşlər hər il adıçəkilən ölkələrin Xarici İşlər və Müdafiə nazirləri səviyyəsində keçirilir və Fransa ilə Rusiya arasında strateji dialoqun gücləndirilməsi məqsədi daşıyır.

Xəbər lenti

Xəbər lenti