...

Azərbaycan Prezidentinin sərəncamı ilə Sumqayıt şəhərində abadlığın sürətləndirilməsinə 5 milyon manat ayrılıb

Siyasət Materials 1 Oktyabr 2009 20:23 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Azərbaycan Prezidentinin sərəncamı ilə Sumqayıt şəhərində abadlığın sürətləndirilməsinə 5 milyon manat ayrılıb

Azərbaycan, Bakı, 01 oktyabr / Trend /

Azərbaycan Prezidenti İlham Əliyev Sumqayıt şəhərində abadlıq işlərinin sürətləndirilməsi ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb. Məlumatı AzTV telekanalı yayıb.

Sərəncama əsasən Sumqayıt şəhərinin 60 illik yubileyi münasibətilə aparılan genişmiqyaslı yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin sürətləndirilməsini təmin etmək məqsədi ilə 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulan Azərbaycan Prezidentinin Ehtiyat Fondundan Sumqayıt şəhəri İcra Hakimiyyətinə 5 milyon manat məbləğində vəsait ayrılıb.

Xəbər lenti

Xəbər lenti