...

Azərbaycan Aİ üçün vacib tərəfdaşdır - səfir

Siyasət Materials 9 Oktyabr 2009 13:03 (UTC +04:00)
Fransanın Azərbaycandakı səfiri Qabriel Keller cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar mərkəzində bildirib ki, Azərbaycan öz tolerantlığı ilə bir çox ölkələrdən fərqlənir.
Azərbaycan Aİ üçün vacib tərəfdaşdır - səfir

Azərbaycan, Bakı, 09 oktyabr / Trend , müxbir T.Konyayeva/

Fransanın Azərbaycandakı səfiri Qabriel Keller cümə günü Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar mərkəzində bildirib ki, Azərbaycan öz tolerantlığı ilə bir çox ölkələrdən fərqlənir.

Onun sözlərinə görə, Fransa Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin yaranmasında böyük rol oynayır. Səfir deyib ki, bu ölkə Aİ üçün hər şeydən öncə enerji sahəsində vacib tərəfdaşdır. Diplomat əlavə edib ki, Azərbaycan həmçinin Mərkəzi Asiya ilə Avropa İttifaqını birləşdirən həlqədir.

"Fransa ATƏT-in Minsk Qrupunun həmsədridir və bizim üçün Ermənistan-Azərbaycan münaqişəsinin həlli və Cənubi Qafqazda sülhün bərqərar olması vacibdir", - deyə səfir vurğulayıb.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik 7 rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti