...

Türkiyənin hakim partiyasının deputatının əleyhinə səs verən CHP-çilərin planını azərbaycanlı deputat pozub

Siyasət Materials 9 Oktyabr 2009 19:19 (UTC +04:00)
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputat olan Mövlud Çavuşoğlunun namizədliyinin Avropa Şurası Parlament Assambleyasının sədri postuna təsdiqlənməsi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sayəsində mümkün olub.
Türkiyənin hakim partiyasının deputatının əleyhinə səs verən CHP-çilərin planını azərbaycanlı deputat pozub

Azərbaycan, Bakı, 09 oktyabr / Trend /

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından (AKP) deputat olan Mövlud Çavuşoğlunun namizədliyinin Avropa Şurası Parlament Assambleyasının sədri postuna təsdiqlənməsi Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayevanın sayəsində mümkün olub.

Türkiyənin "Habervakti.com" saytı və "Axşam" qəzeti məlumat yayıb ki, Çavuşoğlunun Avropa Demokrat Partiyasının (ADP) namizədi olmasını CHP-li millət vəkili Birgen Keleş əngəlləmək istəyib. 46 səsə qarşı 47 səslə namizədliyi təsdiqlənən Mövlud Çavuşoğluna Qənirə Paşayeva dəstək verib.

AŞ PA-da siyasi partiyalar arasında əldə olunan yazılı razılaşmaya görə, AŞ PA-nın sədri 2 ildən bir dəyişir və 2010-cu ildə ADP-nin namizədi qurumun sədri olmalıdır. Mövlud Çavuşoğlunun namizədliyi irəli sürülən zaman ADP-də etirazlar olub və AŞ PA-nın Bürosuna müraciət edilib. Müraciət qəbul olunsa, Mövlud Çavuşoğlunun AŞ PA sədri postuna gəlməsi 2011-ci ilə qalacaqmış.

Ancaq Frankfurta gedən Paşayeva səsvermə üçün Strasburqa geri dönüb və onun dəstəyi sayəsində Mövlud Çavuşoğlu 46 səsə qarşı 47 səs qazanıb. Səsvermə zamanı CHP-li millət vəkili Birgen Keleş Mövlud Çavuşoğlunun əleyhinə səs verib. Digər CHP-li millət vəkili Tuğrul Türkeş isə səsvermədə iştirak etməyib.

Xəbər lenti

Xəbər lenti