...

Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin perspektivləri Moskvada müzakirə olunacaq

Siyasət Materials 12 Oktyabr 2009 12:30 (UTC +04:00)
Azərbaycan və Rusiyanın Strateji Araşdırmalar institutları oktyabrın 15-də Moskvada hər iki ölkənin qarşılıqlı münasibətlərinin perspektivlərini müzakirə edəcəklər.
Azərbaycan-Rusiya qarşılıqlı münasibətlərinin perspektivləri Moskvada müzakirə olunacaq

Azərbaycan, Bakı, 12 oktyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzindən (SAM) Trend -a verilən məlumata görə, Azərbaycan və Rusiyanın Strateji Araşdırmalar institutları oktyabrın 15-də Moskvada hər iki ölkənin qarşılıqlı münasibətlərinin perspektivlərini müzakirə edəcəklər.

Azərbaycan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi və Rusiya Strateji Araşdırmalar İnstitutunun birgə layihəsi əsasında Rusiyanın paytaxtında "Rusiya-Azərbaycan: ikitərəfli münasibətlərin inkişaf perspektivləri" mövzusunda "dəyirmi masa" keçiriləcək.

Tədbirdə iştirak etmək üçün yola düşəcək Azərbaycan nümayəndə heyətinə SAM-ın direktoru Elxan Nuriyev rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə - AMEA-nın Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru İlham Məmməmzadə, Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminati şöbəsinin aparıcı məsləhətçisi Fərhad Məmmədov, müstəqil siyasi ekspert Rasim Musabəyov daxildir. Tədbirdə həmçinin Rusiyanın tanınmış siyasi ekspertlərinin, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislərin də iştirak edəcəyi gözlənilir.

Rusiyaya səfəri çərçivəsində SAM-ın direktorunun Rusiya Xarici İşlər Nazirliyi yanında Diplomatik Akademiyanın rəhbəri ilə görüşü, tələbə və müəllim heyəti qarşısında "Azərbaycanın xarici siyasətindəki prioritetlər" mövzusunda çıxışı nəzərdə tutulub. Qeyd edək ki, görüşdə müvafiq dövlət strukturları arasında qarşılıqlı əməkdaşlıq məsələləri də müzakirə ediləcək.

Məlumatda deyilir ki, Nuriyevin görüşləri çərçivəsində Rusiyanın beyin mərkəzlərinin rəhbərlərilə regional əhəmiyyəti olan layihələr müzakirə olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti