Qazaxıstan, Astana, 13 oktyabr / Trend , müxbir K.Konırova/
Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstan biznes nümayəndə heyətinin müşayiəti ilə Türkiyəyə rəsmi səfər edəcək. Səfər oktybarın 22-dən 24-nə kimi baş tutacaq. Bu barədə Trend -a Qazaxıstan Sahibkarlar Assosiasiyası "KAZKA"dan bildirilib.
"Sözügedən səfər çərçivəsində İstanbulda oktybarın 23-də hər iki ölkənin işgüzar dairələrinin iştirakı ilə Qazaxıstan-Türkiyə biznes forumunun keçirilməsi planlaşdırılır", - assosiasiyanın məlumatında deyilir.
"KAZKA"nın məlumatına əsasən, forumun rəsmi açılışında hər iki dövlətin prezidentlərinin çıxışı nəzərdə tutulub. Hazırda tədbirlərin keçirilməsi proqramı hazırlanır və Qazaxıstanın biznes nümayəndə heyətinin tərkibi formalaşdırılır.
Qazaxıstan tərəfindən təşkilatçılar Qazaxıstan Milli İqtisadiyyat Palatası "Atameken İttifaqı" və Qazaxıstan Sahibkarlar Assosiasiyası "KAZKA"dır.