...

Azərbaycan XİN rəhbəri Niderland Krallığının səfirini qəbul edib

Siyasət Materials 14 Oktyabr 2009 19:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir V.Javoronkova/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Niderland Krallığının bu ölkədəki səfiri Jan Lukas İnayard Van Hoornun etimad məktubunun surətini qəbul edib, XİN mətbuat xidmətindən məlumat veriblər.

Van Hoorn Azərbaycana səfir təyin olunması və bu ölkədə fəaliyyətə başlamasından məmnun olduğunu bildirib.

O həmçinin, Niderland Krallığının Azərbaycanla əlaqələrin inkişafında maraqlı oıduğunu bildirib və qeyd edib ki, bu vəzifədə olguğu müddətdə hər iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişaf etdrilməsi üçün çalışacaq.

Məmmədyarov da ölkələr arasında siyasi, iqtisadi, enerji, turizm, mədəniyyət sahələrində əlaqələrin genişləndirilməsindən danışıb və ikitərəfli əlaqələrin perspektivləri barədə fikirlərini bölüşüb.

Səfir həmçinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişatı ilə maraqlanıb.

Məmmədyarov qonağı Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin gedişatı ilə tanış edərək qeyd edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər.

Görüşdə həmçinin hər iki tərəfi maraqlandıran digər mövzular barədə də fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti