...

Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə min nəfər namizəd irəli sürəcək

Siyasət Materials 15 Oktyabr 2009 11:39 (UTC +04:00)
“Bu həftə ərzində namizədliyi irəli sürüləcək partiya üzvlərinin hamısı imza vərəqələri almaq üçün müvafiq dairə seçki komissiyalarına müraciət edəcək”, - cümə axşamı Trend News-a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.
Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə min nəfər namizəd irəli sürəcək

Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir /A..Hüseynbala/

Azərbaycanın müxalifət partiyası bələdiyyə üzvlüyünə min nəfər namizəd irəli sürəcək.

"Bu həftə ərzində namizədliyi irəli sürüləcək partiya üzvlərinin hamısı imza vərəqələri almaq üçün müvafiq dairə seçki komissiyalarına müraciət edəcək", - cümə axşamı Trend -a Azərbaycan Liberal-Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bildirib.

Trend -un arayışı: Azərbaycanda bələdiyyə seçkisi dekabrın 23-də keçiriləcək. 1718 bələdiyyəyə 15682 bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur.

Azərbaycanda bundan əvvəl iki dəfə - 1999 və 2004-cü illərdə yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilib.

Əliyevin sözlərinə görə, ümumi siyahı ilə iştirak etmək üçün müəyyən problemlər olduğundan partiya üzvlərinin hamısı namizədliklərini fərdi qaydada irəli sürəcəklər. "Buna baxmayaraq, biz hər bir namizədin dəstəklənməsi ilə bağlı ümumi təbliğat kampaniyası aparmaq niyyətindəyik", - ALDP sədri əlavə edib.

Əliyev deyib ki, partiya üzvlərinin bir hissəsi namizədliyini irəli sürsə də, hələ ki, imza vərəqələrini neçə nəfərin alması barədə dəqiq məlumat yoxdur. "Bu prosesin gələn həftənin əvvəlinə qədər başa çatacağının düşünürəm", - partiya sədri vurğulayıb.

АLDP 1999-cı ildə yaradılıb. 2000-ci ildə partiyanın sədri Zakir Məmmədov vəfat etdikdən sonra 2001-ci ildə ALDP ikiyə bölünüb. Valeh Ibadov və Fuad Əliyev hər ikisi ALDP adına iddia ediblər. 2004-cü ildə Ali Məhkəmənin qərarı ilə Fuad Əliyevin rəhbərlik etdiyi partiya ALDP kimi tanınıb və dövlət qeydiyyatından keçib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti