Azərbaycan, Bakı, 15 oktyabr / Trend , müxbir M.Əliyev /
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov cümə axşamı Litva xarici işlər nazirinin müavini Evaldas İqnataviçusu qəbul edib, XİN-in mətbuat mərkəzindən bildirilib.
Görüş zamanı tərəflər Litva və Azərbaycan arasındakı münasibətlərin cari vəziyyətini, həmçinin müvcud olan və planlaşdırılan layihələri müzakirə ediblər. Ölkələr arasında əməkdaşlığın genişləndirilməsi üzrə böyük potensial xüsusilə vurğulanıb.
Görüş zamanı qarşılıqlı maraq kəsb edən ikitərəfli, regioanl və qlobal problemlərə dair məsələlər müzakirə edilib.