...

Rusiya TÜRKSOY-da müşahidəçi statusu ala bilər - baş direktor

Siyasət Materials 16 Oktyabr 2009 19:00 (UTC +04:00)
TÜRKSOY təşkilatının üzvləri Rusiyaya müşahidəçi statusunun verilməsinə dair ölkənin federal nazirliyi ilə danışıqlar aparır.
Rusiya TÜRKSOY-da müşahidəçi statusu ala bilər - baş direktor

Azəbaycan, Bakı, 16 oktyabr / Trend , müxbir M.Əliyev/

TÜRKSOY təşkilatının üzvləri Rusiyaya müşahidəçi statusunun verilməsinə dair ölkənin federal nazirliyi ilə danışıqlar aparır, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov cümə günü Trend -a deyib.

TÜRKSOY-un başçısının sözlərinə görə, Rusiyadan başqa, ərazilərində türk muxtar vilayətləri olan Moldova və Ukrayna da müşahidəçi qismində daxil ola bilər.

"Qapılarımız bütün ölkələrin üzünə açıqdır. TÜRKSOY siyasi təşkilat deyil, o, mədəniyyət abidələrinin qorunub saxlanması, dillərin inkişaf etdirilməsi və tarixi məsələlərlə məşğul olur", - Kaseinov deyib.

Başqırdıstan, Tatarıstan, həmçinin Moldovanın Qaqauz dairəsi TÜRKSOY-a daxildir.

Baş ofisi Ankarada yerləşən TÜRKSOY (Türk Kültür və Sənətləri Ortak Yönətimi) 1993-cü ildə Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkiyə və Türkmənistan tərəfindən yaradılmış beynəlxalq təşkilatdır. Təşkilatın əsas məqsədi türk xalqlarının ortaq maddi və mənəvi abidələrini qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək istiqamətində türkdilli xalqlar arasında əməkdaşlıq etməkdir. Təşkilat eyni zamanda, YUNESKO da daxil olmaqla, bir sıra nüfuzlu beynəlxalq təşkilatlarla da əməkdaşlıq edir. TÜRKSOY-un ən yüksək orqanı üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasıdır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti