...

İndoneziyada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur - səfirlik

Siyasət Materials 17 Oktyabr 2009 15:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 okyabr /Trend Neüs, müxbir M.Əliyev/

İndoneziyada baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında Azərbaycan vətəndaşı yoxdur, Trend -a Azərbaycan XİN-dən İndoneziya səfirliyinə istinadən xəbər verilib.

Rixter cədvəli üzrə 6.1 bal gücündə zəlzələ cümə günü Banten (Cava adası), Cakarta (Cava adası) va Lampunq (Sumatra adası) əyalətlərində baş verib. Zəlzələnin episentri Cakartadan 185 kilometr cənub-qərbdə, Sunda boğazında, 55 kilometr dərinlikdə olub.

Məlumata əsasən, səfirliyin əməkdaşları arasında zərər çəkən olmayıb. Azərbaycan Respublikası vətəndaşları tərəfindən zəlzələdən xəsarətlə bağlı müraciətlər qeydə alınmayıb.

Xəbər lenti

Xəbər lenti