...

Azərbaycan Prezidentinin İsveçrəyə səfəri ölkəni daha da tanıtmaq üçün şansdır - səfir

Siyasət Materials 19 Oktyabr 2009 13:49 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfəri zamanı əsas diqqətin iqtisadi məsələlərə yönəldiləcəyi gözlənilir, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov www.swissinfo.ch. saytına müsahibəsində bildirib.
Azərbaycan Prezidentinin İsveçrəyə səfəri ölkəni daha da tanıtmaq üçün şansdır - səfir

Azərbaycan, Bakı, 19 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə rəsmi səfəri zamanı əsas diqqətin iqtisadi məsələlərə yönəldiləcəyi gözlənilir, bu barədə Azərbaycanın bu ölkədəki səfiri Elçin Əmirbəyov www.swissinfo.ch. saytına müsahibəsində bildirib.

İlham Əliyev oktyabrın 18-də Bernə rəsmi səfərə yola düşüb.

Səfirin sözlərinə əsasən, İsveçrə əsas enerji tərəfdaşlarından biri kimi Azərbaycana maraqlıdır. "İsveçrə Azərbaycan üçün qeyri-neft sektoruna birbaşa xarici investisiyalar nöqteyi-nəzərindən daha vacib ölkədir", - diplomat bildirib.

Siyasi dialoqda ikinci məsələ İsveçrənin Cənubi Qafqazda oynadığı rolu ilə bağlı olacaq. "İsveçrə Gürcüstan və Rusiya arasında nümayəndəlik səlahiyyətlərini öz üzərinə götürüb, eyni zamanda Türkiyə və Ermənistanın yaxınlaşması işində də daha fəal rol oynamağa çalışır. O, həmçinin Cənubi Qafqaz regionunda həll olunmayan bütün münaqişələrin, o cümlədən Azərbaycan və Ermənistan arasındakı münaqişənin sülh yolu ilə həllində maraqlıdır", - Əmirbəyov bildirib.

"Azərbaycan Prezidentinin İsveçrəyə səfəri ölkəni daha da tanıtmaq üçün şansdır", - səfir hesab edir.

"Azərbaycan Prezidenti isveçrəli həmkarı Hans Rudolf ilə birgə, yaxın altı həftə ərzində bütün İsveçrədə keçiriləcək "Azərbaycan mədəniyyəti" tədbirlər seriyasından ilk konsert proqramında iştirak edəcək", - səfir bildirib.

Əmirbəyovun sözlərinə əsasən, İsveçrə demokratik inkişafın qədim ənənələrinə malikdir. "Bizim yolumuz 1991-ci ildə Sovet İttifaqının dağılmasından sonra başladı, dərhal bundan sonra həll olunmayan işğal problemləri və Dağlıq Qarabağ münaqişəsi ilə çətinə düşməyimizi nəzərə alsaq, bizim üçün təhlükəsizlik və ekzistensial məsələlərnin nə üçün bu qədər prioritet olduğunu başa düşmək olar", - Əmirbəyov bildirib.

O deyib ki, Azərbaycan 2001-ci ildə Avropa Şurasının üzvü olub, siyasi islahatlar, vətəndaş cəmiyyətinin və demokratik norma və prinsiplərin inkişafı üçün əsas yaratmaq istiqamətində uzun yol keçilib. "Əlbəttə, İsveçrənin əsrlər boyu yaranan inkişaf təcrübəsi bizim üçün çox faydalıdır", - diplomat bildirib.

Xəbər lenti

Xəbər lenti