...

Gürcüstan və Qazaxıstan arasında siyasi məsləhətləşmələr aparılacaq

Siyasət Materials 19 Oktyabr 2009 17:38 (UTC +04:00)
Oktyabrın 20-də Qazaxıstanın xarici işlər nazirinin müavini Konstantin Jiqalovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.
Gürcüstan və Qazaxıstan arasında siyasi məsləhətləşmələr aparılacaq

Gürcüstan, Tbilisi, 19 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Oktyabrın 20-də Qazaxıstanın xarici işlər nazirinin müavini Konstantin Jiqalovun başçılıq etdiyi nümayəndə heyəti Gürcüstana səfər edəcək.

Gürcüstanın xarici işlər nazirinin müavini Aleksandr Nalbandovun ənənəvi bazar ertəsi brifinqində verdiyi bəyanata görə, xarici siyasət idarəsində iki ölkə arasında siyasi məsləhətləşmələr aparılacaq.

"Qazaxıstan Orta Asiyada aparıcı dövlət olduğu üçün bu məsləhətləşmələr mühüm əhəmiyyət kəsb edir. Bundan əlavə, ATƏT-in gələcək sədri məhz Qazaxıstan olacaq. Məsləhətləşmələr Gürcüstandakı vəziyyətə və ATƏT-in münaqişələrin tənzimlənməsində oynayacağı rola həsr ediləcək", - Nalbandov qeyd edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti