...

Azərbaycan Prezidenti İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri ilə görüşüb

Siyasət Materials 19 Oktyabr 2009 17:23 (UTC +04:00)
Azərbaycan ilə əlaqələrin əhəmiyyətinə toxunan Alain Berset deyib ki, İsveçrə Parlamentində Azərbaycan üzrə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Bu qrupun fəaliyyəti əlaqələrimizin intensivləşdiyindən xəbər verir. Parlamentlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Alain Berset hökumətlərarası və dövlətlərarası münasibətlərin də inkişaf etdiyini bildirib.
Azərbaycan Prezidenti  İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri ilə görüşüb

İsveçrədə rəsmi səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 19-da İsveçrə Konfederasiyası Kantonlar Şurasının sədri Alain Berset ilə görüşüb. Məlumatı bazar ertəsi AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Azərbaycan ilə əlaqələrin əhəmiyyətinə toxunan Alain Berset deyib ki, İsveçrə Parlamentində Azərbaycan üzrə parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Bu qrupun fəaliyyəti əlaqələrimizin intensivləşdiyindən xəbər verir. Parlamentlərarası münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Alain Berset hökumətlərarası və dövlətlərarası münasibətlərin də inkişaf etdiyini bildirib.

İsveçrədə keçirilən Azərbaycan günlərinin əhəmiyyətinə toxunan Kantonlar Şurasının sədri deyib ki, bu cür tədbirlər bir-birimiz haqqında məlumatları genişləndirir.

Prezident İlham Əliyev deyib ki, əlaqələrimiz çoxşaxəlidir və müxtəlif sahələr üzrə irəliləyişlər var. Azərbaycan Milli Məclisində də İsveçrə üzrə dostluq qrupu fəaliyyət göstərir və ölkəmiz parlamentlərarası əlaqələrə böyük əhəmiyyət verir.

Dövlətimizin başçısı bildirib ki, hökumətlərarası münasibətlər yaxşı səviyyədədir. Keçən il İsveçrə Prezidentinin Azərbaycana, indi isə Azərbaycan Prezidentinin İsveçrəyə səfəri əlaqələrimizi daha da möhkəmləndirir. Son illərdə münasibətlərimizin inkişafında sürətli dinamika var ki, bu da hər iki tərəfin maraqlarına cavab verir.

Azərbaycan Prezidenti iqtisadi münasibətlərin inkişaf etdiyini, bu sahədə qarşılıqlı maraqlar əsasında yeni layihələrin həyata keçirildiyini qeyd edib və ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirib.

Prezident İlham Əliyev İsveçrədə keçirilən Azərbaycan günlərinin əhəmiyyətini qeyd edib və bildirib ki, ölkələrimiz haqqında məlumatlar daha da çox olmalıdır.

Xəbər lenti

Xəbər lenti