...

ABŞ-ın müdafiə naziri müavinin Gürcüstana səfər proqramı açıqlanıb

Siyasət Materials 19 Oktyabr 2009 19:51 (UTC +04:00)
ABŞ-ın müdafiə nazirinin müavini Aleksandr Verşbou bazar ertəsi axşam Tbilisiyə gələcək və həmin gün də Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşəcək.
ABŞ-ın müdafiə naziri müavinin Gürcüstana səfər proqramı açıqlanıb

Gürcüstan, Tbilisi, 19 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

ABŞ-ın müdafiə nazirinin müavini Aleksandr Verşbou bazar ertəsi axşam Tbilisiyə gələcək və həmin gün də Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə görüşəcək.

Aleksandr Verşbounun saat 17:35-də Gürcüstana gələcəyi gözlənilir, Gürcüstanın XİN-dən deyilib.

Onun 19:30-da onun Avlabaridə (Prezident Sarayı) Gürcüstan Prezidenti Saakaşvili ilə görüşü olacaq. Burada qonağın şərəfinə axşam yeməyi veriləcək.

Səfərin ikinci günü - oktyabrın 20-də Milli Təhlükəsizlik Şurasının katibi Eko Tkeşelaşvili ilə işgüzar səhər yeməyi olacaq.

Səhərki gün ərzində nazir müavininin Gürcüstanın müdafiə naziri Baço Axalaya ilə, mütəxəssislərlə, təhlükəsizlik məsələləri üzrə işçi qrupu ilə görüşü və birgə mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Saat 15:00-da Aleksandr Verşbou və onu müşayət edən şəxslər Tbilisidən gedəcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti