...

Bakıda Xəzərin təhlükəsizliyi məsələləri müzakirə olunacaq

Siyasət Materials 21 Oktyabr 2009 13:58 (UTC +04:00)
Oktyabrın 22-də Xəzəryanı dölətlərin nazir müavinləri Xəzərin dənizinin təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər, çərşənbə günü XİN-in mətbuat mərkəzindən Trend News-a bildiriblər.
Bakıda Xəzərin təhlükəsizliyi məsələləri müzakirə olunacaq

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir M.Əliyev/

Oktyabrın 22-də Xəzəryanı dölətlərin nazir müavinləri Xəzərin dənizinin təhlükəsizliyi məsələlərini müzakirə edəcəklər, çərşənbə günü XİN-in mətbuat mərkəzindən Trend -a bildiriblər.

Görüşdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov təmsil edəcək.

Xəzərin dibinin bölünməsi məsələsində Azərbaycan, Rusiya və Qazaxıstanın bir-birinə qarşı heç bir tələbi yoxdur. Bu ölkələr arasında sözügedən məsələ üzrə həm ikitərəfli, həm də üçtərəfli razılaşmalar var. Tərəflər həmçinin bölüşdürücü xətlərin koordinatlarının müəyyənləşdirilməsi üzrə yekdil fikrə gəliblər. Məsələ yalnız iki ölkə - Türkmənistan və İranla razılaşdırılmayıb. Buna görə də çoxillik müzakirələrə baxmayaraq, Xəzərin statusu məsələsi indiyədək həll olunmayıb.

Xəzəryanı ölkələrdən ilk olaraq Azərbaycan dünyanın ən böyük gölünün sərhədinin çəkilməsinə və öz suverenliyinin hüdudlarının müəyyənləşdirilməsinə başlayıb. Məhz Azərbaycan Respublikası ilk dəfə olaraq Xəzər dənizində öz sektorunun olması barədə elan edib və 1994-cü ilin sentyabrında PSA (production sharing agreement) - məhsul bölüşdürülməsi haqqında müqavilə modeli üzrə Qərb şirkətləri ilə beynəlxalq müqavilənin ("Əsrin müqaviləsi") bağlanılması ilə bunu təsbit edib. Bu, 1995-ci ildə Azərbaycanın Əsas qanununda öz əksini tapıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti