Azərbaycan, Bakı, 22 oktyabr / Trend , müxbir M.Əliyev/
Bu gün Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QİƏT) keçən altı ay ərzindəki fəaliyyəti müzakirə olunacaq, QDİƏT üzv ölkələrin XİN başçılarının iclasından əvvəl Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
İclasda Azərbaycan, Bolqarıstan və Türkiyəni XİN rəhbərləri Elmar Məmmədyarov, Rumiana Jeleva və Əhməd Davudoğlu təmsil edəcəklər. Görüşdə Rusiya nümayəndə heyətinə xarici işlər nazirinin birinci müavini Andrey Denisov rəhbərlik edəcək. Ermənistan, Yunanıstan, Gürcüstan, Rumıniya, Serbiya və Ukrayna XİN rəhbərlərinin müavinləri səviyyəsində təmsil olunacaq. Albaniya XİN-in baş katibi, Moldova isə dövlət naziri səviyyəsində təmsil olunur.
"Azərbaycan özəl sektora QİƏT-lə əməkdaşlıq etməyi təklif edir", - Məmmədquliyev deyib.
Onun sozlərinə görə, iki gün əvvəl Azərbaycan ekspertlər səviyyəsində ilk dəfə bu məsələni qaldırıb. Bundan başqa, ölkə təşkilatda daxili islahatlar aparmağı təklif edir, xüsusilə də qərarların qəbul olunma prosedurlarının sadələşdirilməsini təklif edir. "Amma bu məsələlər üzrə hələ tam razılığa gəlinməyib, bunula belə, bir çox ölkələr islahatların lehinədirlər", - o deyib.
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Qara dəniz sahili və Cənubi Balkanların 12 ölkəsini birləşdirən təşkilatdır. QİƏT 1 may 1999-cu ildə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Müqaviləsi bazasında təsis olunub. Təşkilatın qərargahı İstanbulda yerləşir. Albaniya, Azərbaycan, Bolqarıstan, Ermənistan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə və Ukrayna QİƏT-in üzvüdürlər.