...

Regiondakı təhlükəsizliyin təmin edilməsi Xəzəryanı ölkələrin güclərini birləşdirməsini tələb edir - Azərbaycan XİN rəhbərinin müavini

Siyasət Materials 23 Oktyabr 2009 19:58 (UTC +04:00)
Hazırda Xəzəryanı ölkələrin əsas məqsədi dünyada gedən qloballaşma çərçivəsində regionda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə güclərini birləşdirməkdən ibarətdir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
Regiondakı təhlükəsizliyin təmin edilməsi Xəzəryanı ölkələrin güclərini birləşdirməsini tələb edir - Azərbaycan XİN rəhbərinin müavini

Azərbaycan, Bakı 23 oktyabr / Trend , müxbir Ü.Sadıxova/

Hazırda Xəzəryanı ölkələrin əsas məqsədi dünyada gedən qloballaşma çərçivəsində regionda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə güclərini birləşdirməkdən ibarətdir. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

"Biz yeni əməkdaşlıq yolundayıq, bu görüşdə biz konkret layihədə ümumi məqsədi ifadə edən ümumi konsepsiya hazırlamışıq", - Xələfov cümə günü Xəzər regionunda təhlükəsizlik məsələləri üzrə görüşün yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

Çərşənbə axşamı və cümə günü Bakıda Xəzər anı ölkələrin xarici işlər nazirlərinin Xəzər regionunda təhlükəsizliyin müzakirəsinə dair görüşü keçirilib.

Nazir müavinin sözlərinə görə, layihə terror, mütəşəkkil cinayətkarlıq, silah və insan alveri, narkotik ticarəti və qaçaqmalçılıqla mübarizədə geniş əməkdaşlığı nəzərdə tutur.

"2010-cu ilin birinci rübündə Bakıda bu layihənin müzakirəsi keçiriləcək", - Xələfov deyib. Nazir müavini layihənin gələn görüşlərdə təsdiq ediləcəyinə ümidvar olduğunu bildirib.

"Mən inanıram ki, bu əməkdaşlığın Xəzəri sülh su hövzəsinə çevirəcək böyük perspektivləri var", - o deyib.

Nazir müavini Bakıda yalnız təhlükəsizlik məsələlərinin müzakirə olunduğunu qeyd edib. Xəzərin statusu ilə bağlı məsələnin müzakirəsi aparılmayıb.

"Ekspert səviyyəsində müzakirə ediləsi çoxlu məsələlər var", - o deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti