...

Türkmənistan Prezidenti Azərbaycan səfirliyinin müşavirini mükafatlandırıb

Siyasət Materials 27 Oktyabr 2009 19:37 (UTC +04:00)
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Sultanzadə Vəhdət Məmmədağa oğluna "Qardaşlıq əlaqələrinin inkişafındakı töhfəsinə görə" dövlət mükafatı təqdim edib.
Türkmənistan Prezidenti Azərbaycan səfirliyinin müşavirini mükafatlandırıb

Türkmənistan, Aşqabad, 27 oktyabr / Trend , müxbir H.Həsənov/

Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov Azərbaycanın Türkmənistandakı səfirliyinin müşaviri Sultanzadə Vəhdət Məmmədağa oğluna qardaşlıq əlaqələrinin inkişafındakı töhfəsinə görə dövlət mükafatı təqdim edib.

"Vatana bolan soyqusi uçin" ("Vətənə olan sevgisi üçün") medalı Ruxiet paytaxt sarayında 3300 nəfərlik auditoriyanın qarşısında təntənəli şəkildə təqdim edilib.

Mükafatlandırma Türkmənistanın müstəqilliyinin 18 illiyinə həsr edilib. Görkəmli rusiyalı arxeoloq Viktor Sarianid və Türkmənistan-Türkiyə Beynəlxalq Universitetinin prorektoru Zəki Bektaşa da ali mükafatlar təqdim edilib.

Mükafatlandırılmaya dair sərəncamda deyilir ki, onlar "Türkmənistanın müstəqilliyi və suverenliyinin möhkəmlənməsindəki töhfələrinə, beynəlxalq nüfuzunun artırılmasına, ölkəmizdə elm və təhsilin inkişafına, həmçinin müstəqil, neytral dövlətimiz qarşısındakı xidmətlərə, qardaşlıq və dostluq əlaqələrinin inkişafında göstərdikləri böyük xidmətlərə görə" təltif olunublar.

"Mənim 75 yaşım tamam olur və mən 50 ildir ki, diplomatik arenadayam. Mən bunu gözləmirdim. Bu mükafatı Türkmənistan Prezidentindən almaq mənim üçün böyük səadətdir. Mən Azərbaycanda bununla fəxr edəcəyəm və heç vaxt unutmayacağam. Aşqabad - bura gələn hər kəsin sevgi şəhəridir. Bura Bakıdan da çoxlu insanlar gəlir. Onlar bu şəhərdə öz ürəklərini qoyurlar", - Sultanzadə bu gün Türkmənistan-4 B. milli telekanalına verdiyi müsahibədə deyib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti