...

Xarici siyasətdə daha çevik strategiyanın inkişaf etdirilməsi Azərbaycan üçün indi daha vacibdir - politoloq Sergey Markedonov

Siyasət Materials 28 Oktyabr 2009 15:31 (UTC +04:00)
"Xarici siyasətdə daha çevik strategiyanın inkişaf etdirilməsi Azərbaycan üçün indi daha vacibdir, amma Bakı ilə Ankara arasında əlaqələr kəsilməyəcək", - Cənubi Qafqaz üzrə rusiyalı ekspert Sergey Markedonov hesab edir.
Xarici siyasətdə daha çevik strategiyanın inkişaf etdirilməsi Azərbaycan üçün indi daha vacibdir - politoloq Sergey Markedonov

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir E.Tarıverdiyeva/

"Xarici siyasətdə daha çevik strategiyanın inkişaf etdirilməsi Azərbaycan üçün indi daha vacibdir, amma Bakı ilə Ankara arasında əlaqələr kəsilməyəcək", - Cənubi Qafqaz üzrə rusiyalı ekspert Sergey Markedonov hesab edir.

"Türkiyə-Azərbaycan münasibətlərini dram şəklinə salmaq lazım deyil, belə ki, bu iki türkdilli ölkələr qonşudur və onlar arasındakı əlaqələr kəsilməyəcək", - çərşənbə axşamı Siyasi və Hərbi Analiz İnstitutunun millətlərarası əlaqələr şöbəsinin rəhbəri Markedonov Moskvadan telefonla Trend -a bildirib.

Oktyabrın 10-da Sürixdə Ermənistan və Türkiyənin xarici işlər nazirləri arasında iki ölkə arasında əlaqələrin normallaşdırılması haqqında protokol imzalanıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlər mövcud deyil, iki ölkə arasında sərhədlər 1993-cü ildən bağlıdır. Buna səbəb ermənilərin "soyqırım" iddiası və bunu dünya səviyyəsində tanıtmaq cəhdləri, ermənilərin Türkiyənin Anadolu ərazisinə iddiası və həmçinin Ermənistan SQ tərəfindən Azərbaycan ərazilərinin işğalı və olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti