...

Azərbaycan Prezidenti Tunis Prezidentini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Siyasət Materials 28 Oktyabr 2009 18:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tunis Prezidenti Zeynulabidin ben Əlini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.
Azərbaycan Prezidenti Tunis Prezidentini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev çərşənbə günü Tunis Prezidenti Zeynulabidin ben Əlini vəzifəsinə yenidən seçilməsi münasibətilə təbrik edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

"Əminəm ki, Azərbaycan ilə Tunis arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi və inkişaf etdirilməsi istiqamətində qarşılıqlı səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik", - təbrik məktubunda deyilir.

İlham Əliyev tunisli həmkarına möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə fəaliyyətində uğurlar diləyib.

Xəbər lenti

Xəbər lenti