...

Avropa komissarı Gürcüstan Prezidentinə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində kömək edəcəyinə dair söz verib

Siyasət Materials 29 Oktyabr 2009 16:57 (UTC +04:00)
Avropa İttifaqı Gürcüstana "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində dəstək göstərməyə hazırdır. Bu barədə xarici əlaqələr üzrə Avropa komissarı Benita Ferrero-Valdner Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə Brüsseldə görüşü zamanı bildirib.
Avropa komissarı Gürcüstan Prezidentinə "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində kömək edəcəyinə dair söz verib

Gürcüstan, Tbilisi, 29 oktyabr / Trend , müxbir N.Kirsxaliya/

Avropa İttifaqı (Aİ) Gürcüstana "Şərq tərəfdaşlığı" proqramı çərçivəsində dəstək göstərməyə hazırdır. Bu barədə xarici əlaqələr üzrə Avropa komissarı Benita Ferrero-Valdner Gürcüstan Prezidenti Mixail Saakaşvili ilə Brüsseldə görüşü zamanı bildirib.

Saakaşvili bu gün Aİ-də görüşlər keçirmək üçün Brüsselə gəlib.

Görüş zamanı Aİ və Gürcüstan arasında viza rejimi olmadan azad ticarət, readmissiya və Aİ-də üzvlük məsələləri müzakirə edilib.

Gürcüstan Prezidenti bu gün Avropa Xalq Partiyasının (AXP) forumunda iştirak edəcək. Vahid Milli Hərəkat Partiyasının lideri olan Saakaşvili AXP-nin üzvüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti