...

Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun və milli özünüdərkinin yetkinləşməsində əvəzsiz rol oynayıb - rektor

Siyasət Materials 3 Noyabr 2009 11:05 (UTC +04:00)
Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun və milli özünüdərkinin yetkinləşməsində əvəzsiz rol oynayıb, bu barədə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Universitetin 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib, bazar ertəsi məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.
Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun və milli özünüdərkinin yetkinləşməsində əvəzsiz rol oynayıb - rektor

Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun və milli özünüdərkinin yetkinləşməsində əvəzsiz rol oynayıb, bu barədə BDU-nun rektoru, akademik Abel Məhərrəmov Universitetin 90 illik yubileyinə həsr olunmuş mərasimdə çıxışı zamanı bildirib, bazar ertəsi məlumatı AzərTac Dövlət İnformasiya Agentliyi yayıb.

"Bakı Dövlət Universiteti hər zaman xalqın milli şüurunun, milli özünüdərkinin yetkinləşməsi, maarifçilik ideologiyasının bərqərar olması, elm və təhsilin inkişafı, Azərbaycan dili və tarixinin sistemli şəkildə tədqiqi və Azərbaycançılıq ideologiyasının formalaşmasında əvəzsiz rol oynamışdır. Hələ 90 il bundan əvvəl, universitetin ilk rektoru Vasili İvanoviç Razumovski demişdir: "Azərbaycan öz maarif ocağını yaratdı. Türk xalqının tarixinə yeni bir parlaq səhifə yazıldı. Avropa və Asiyanın qovuşuğunda yeni məşəl yandı. Mən Bakı Dövlət Universitetinin parlaq gələcəyinə inanıram.Yarandığı gündən indiyə qədərki bütün fəaliyyəti ilə Bakı Dövlət Universiteti həmin sözləri həqiqətə çevirmişdir. XX əsrin əvvəllərində Azərbaycan demokratik respublika qurmaqla xalqımız Şərq dünyasına respublika məfkurəsini və demokratik idarə üsulunu gətirdi", - o bildirib.

Məhərəmmovun sözlərinə əsasən, Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı Dövlət Universitetinin yaradılması olub.

"Mövcud olduğu qısa müddət ərzində Azərbaycan Xalq Cümhuriyyətinin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müsəlman Şərqində ilk Avropa tipli ali məktəbin - Bakı Dövlət Universitetinin yaradılması oldu. Xalqın maariflənməsini və təhsilin inkişafını düşünən Azərbaycan Xalq Cümhuriyyəti liderlərinin - Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Məmməd Əmin Rəsulzadə, Əhməd bəy Ağayev, Behbud xan Cavanşir və başqalarının başlıca arzularından biri universitet açmaq idi. Qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universitetinin yaradılmasında tarixi xidmətlər göstərmiş bu vətənpərvər ziyalıların əksəriyyəti Avropanın qabaqcıl universitetlərində təhsil almışdılar. Parlamentdə 10 ay sürən gərgin mübahisə və müzakirələrdən sonra onlar həyatlarının bəlkə də ən böyük arzusuna qovuşdular. Müstəqil dövlətin müstəqil ali təhsil ocağını - Bakı Dövlət Universitetini yarada bildilər", - o qeyd edib.

BDU-nun rektorunun sözlərinə əsasən, universitetin inkişafında yeni keyfiyyət mərhələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır.

"Universitetin inkişafında yeni keyfiyyət mərhələsi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Xalqımızın böyük oğlu, ulu öndər Heydər Əliyev məzunu olduğu elm, təhsil və mədəniyyətimizin möhtəşəm məbədinə - Bakı Dövlət Universitetinə xüsusi həssaslıqla yanaşır, ona hər cür qayğı göstərirdi. Heydər Əliyev cəmiyyətin tərəqqisi, elm, mədəniyyət və mənəviyyatın inkişafında təhsilin qüdrətli vasitə olduğunu bilirdi, ona diqqət və qayğını dövlət səviyyəsində prioritet prinsip kimi ön plana çəkirdi. Bu amil Azərbaycanda 1970-ci illərdən başlayaraq Heydər Əliyev əsrinin, ölkəmizin mənəvi yüksəliş tarixinin inkaredilməz reallığıdır", - akademik Məhərrəmov bildirib.

Xəbər lenti

Xəbər lenti