...

Azərbaycanın XİN rəhbəri Avropa İttifaqının Bakıdakı yeni nümayəndəsini qəbul edib

Siyasət Materials 4 Noyabr 2009 18:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çərşənbə günü Avropa İttifaqının Bakıdakı nümayəndəliyinin yeni rəhbəri Rolan Kobianı qəbul edib. Bu barədə XİN-in mətbuat mərkəzindən Trend -a məlumat verilib.

Səfir Azərbaycana təyin olunmasına dair etimadnamənin surətini nazirə təqdim edib və bildirib ki, ölkədə fəaliyyəti dövründə Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin daha da inkişaf etdirilməsi və genişləndirilməsi üçün səylərini əsirgəməyəcək.

Azərbaycanın XİN rəhbəri səfiri bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ölkə ilə Avropa İttifaqı arasındakı yüksək səviyyəli əlaqələrdən məmnunluğunu ifadə edib.

Daha sonra tərəflər Azərbaycan və təşkilat arasındakı münasibətləri və həmçinin bir sıra qarşılıqlı maraqlar kəsb edən məsələləri müzakrə ediblər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti