...

Azərbaycanın xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin fəaliyyəti təkmilləşdiriləcək - xarici işlər nazirinin müavini

Siyasət Materials 5 Noyabr 2009 15:43 (UTC +04:00)
"Səfirliklərin inkişafı və yüksək səviyyədə fəaliyyəti üçün müəyyən maliyyə vəsaiti lazımdır", - Trend News-un məlumatına görə, cümə axşamı Milli Məclisin insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu komitələrininn birgə iclasında 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib.
Azərbaycanın xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin fəaliyyəti təkmilləşdiriləcək - xarici işlər nazirinin müavini

Azərbaycan, Bakı, 05 noyabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycanın xarici işlər nazirinin müavini 2010-cu ildə xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəliklərinin fəaliyyətinin təkmilləşdiriləcəyini deyib.

"Səfirliklərin inkişafı və yüksək səviyyədə fəaliyyəti üçün müəyyən maliyyə vəsaiti lazımdır", - Trend -un məlumatına görə, cümə axşamı Milli Məclisin insan hüquqları, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, hüquq siyasəti və dövlət quruculuğu komitələrininn birgə iclasında 2010-cu ilin dövlət büdcəsi layihəsinin müzakirəsində xarici işlər nazirinin müavini Vaqif Sadıxov bildirib.

Trend -un arayışı: Azərbaycanın hazırda xarici ölkələrdə 50 səfirliyi, beynəlxalq təşkilatlar yanında 5 nümayəndəliyi, 8 konsulluğu, 3 fəxri konsulluğu və 2 səfirlik nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycan Prezidenti İlham Əliyev bu günlərdə daha 5 ölkədə səfirliyin açılması haqqında sərəncam imzalayıb.

Sadıxovun sözlərinə görə, Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və diplomatik nümayəndəliklərinin maliyyələşdirilməsi üçün 2010-cu ilin dövlət büdcəsində nəzərdə tutulan vəsait azaldılıb.

"Bu il 57 diplomatik nümayəndəlik və səfirlik üçün 52 milyon manat ayrılmışdı. 2010-cu ildə isə həmin məbləğ 51 milyon manat nəzərdə tutulur. Bu isə səfirliklər üçün alına biləcək nəqliyyat vasitələrinin ixtisarı ilə bağlıdır", - nazir müavini əlavə edib.

Sadıxov deyib ki, gələn ilin büdcə layihəsinə XİN əməkdaşlarının əlavə ezamiyyət xərcləri üçün 725 min manat vəsait ayrılması xahişi də nəzərə alınmayıb.

Onun fikrincə, 2010-cu ildə nazirliyin Mərkəzi Aparatına yeni işçilərin götürülməsi də baş tutmayacaq.

"Biz aparat əməkdaşlarının sayının 80-100 nəfərə qədər artırılması üçün əlavə maliyyə vəsaitinin ayrılmasını xahiş etsək də, bu nəzərə alınmayıb", - nazir müavini xatırladıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti