...

Gürcüstanda azərbaycanlıların yaşadığı kəndi təhlükə gözləyir

Siyasət Materials 9 Noyabr 2009 16:45 (UTC +04:00)
Gürcüstanın Laqodexi rayonunun Uzuntala kəndinin sakinlərini daşqın təhlükəsi gözləyir.
Gürcüstanda azərbaycanlıların yaşadığı kəndi təhlükə gözləyir

Gürcüstan, Tbilisi, 09 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Laqodexi rayonunun Uzuntala kəndinin sakinlərini daşqın təhlükəsi gözləyir. Ətraf Mühitin Qorunması Agentliyinin Sahil Möhkəmləndirmə İdarəsinin rəhbəri "Ereti" radiostansiyasının efirində bəyan edib ki, Qəbələ çayında sahil möhkəmləndirmə işlərinə nə qədər vəsait xərclənsə də kənd əhalisi seldən qoruna bilməyəcək.

"Kaxetidə indiyədək sahil möhkəmləndirmə işlərinə 750 min laridən (1 dollar=1,68 lari) artıq vəsait xərclənib. İşlərin bütün region üzrə aparılması üçün 100 milyon lariyədək vəsait lazımdır. Onlardan birinci kateqoriyalı işlər üçün 58 milyon lari tələb edilir. Qalan məbləğ isə ikinci kateqoriyalı işlərin aparılması üçün lazımdır. Lakin Qəbələ çayında nə qədər də işlər aparılsa da, biz təhlükənin sovuşduğuna zəmanət verə bilmərik", - deyə o qeyd edib.

Uzuntala kəndində azərbaycanlılar yaşayır. Yerli əhalinin sözlərinə görə, daşqın nəticəsində demək olar ki, bütün ailələrə ziyan dəyib. Əhalinin bir hissəsinin evləri su altında qalıb. Zərərçəkənlərin sözlərinə görə, onlardan çoxu paltarsız və ərzaqsız qalıblar. Mal-qara ölüb, payız məhsulu məhv olub.

Buna baxmayaraq, yerli hökumət zərərçəkənlərə heç bir kömək göstərməyib, onlar yalnız humanitar təşkilatlardan makaron alıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti