...

Cenevrədə BMT-nin işgəncələrə qarşı Konvensiyası üzrə Azərbaycanın məruzəsi müzakirə edilib

Siyasət Materials 11 Noyabr 2009 14:22 (UTC +04:00)
BMT-nin işgəncələrə qarşı Konvensiyası üzrə Azərbaycanın üçüncü dövri məruzəsi Cenevrədə müzakirə olunub, bu barədə Trend News-a çərşənbə günü Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib.
Cenevrədə BMT-nin işgəncələrə qarşı Konvensiyası üzrə Azərbaycanın məruzəsi müzakirə edilib

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir M.Əliyev /

BMT-nin işgəncələrə qarşı Konvensiyası üzrə Azərbaycanın üçüncü dövri məruzəsi Cenevrədə müzakirə olunub, bu barədə Trend -a çərşənbə günü Azərbaycan XİN-in mətbuat mərkəzindən bildirilib.

Xarici işlər nazirinin müavini Xələf Xələfovun başçılıq etdiyi nümayəndə heyəti Birləşmiş Millətlər Təşkilatının İşgəncələrə Qarşı Komitəsinin 43-cü sessiyası çərçivəsində 9-10 noyabr 2009-cu il tarixində BMT-nin "İşgəncələrə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və cəza növlərinə qarşı" Konvensiyası üzrə Azərbaycanın məruzəsini təqdim edib.

Azərbaycan nümayəndə heyətinin başçısı Komitənin tövsiyələri nəzərə alınmaqla, ölkə qanunvericiliyin təkmilləşdirilməsi və implementasiyası, məhkəmə-hüquq, o cümlədən penitensiar sistemdə aparılmış islahatlar barədə məlumat verib.

Konvensiyanın həyata keçirilməsi ilə əlaqədar Azərbaycanın qarşılaşdığı çətinliklər və problemlər barədə məlumat verən nümayəndə heyətinin başçısı  Xələfov çıxışında Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü və bu təcavüzün nəticəsində Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində etnik təmizlənmənin aparıldığı barədə Komitə üzvlərini məlumatlandırıb.

Komitə üzvləri çıxış edərək, Azərbaycan Hökumətinin insan hüquqlarının müdafiəsi sahəsində əsas beynəlxalq sənədlərə qoşulmasını, Avropa Şurasının İşgəncələrin qarşısının alınması üzrə Komitəsi ilə davam edən əməkdaşlığı, məhkəmə hüquq və penitensiar xidməti sahəsində aparılan islahatları yüksək qiymətləndirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti