...

Azərbaycanın xarici işlər naziri İKT-nin baş katibini qəbul edib

Siyasət Materials 11 Noyabr 2009 18:18 (UTC +04:00)
XİN-in mətbuat xidmətindən Trend News-a bildirilib ki, Məmmədyarov İslam Konfransı Təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək Dağlıq Qarabağ məsələsində Azərbaycana verilən dəstəyə görə öz minnətdarlığını bildirib.
Azərbaycanın xarici işlər naziri İKT-nin baş katibini qəbul edib

Azərbaycan, Bakı, 11 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Konfransı Təşkilatının (İKT) baş katibi Ekmələddin İhsanoğlunu qəbul edib.

XİN-in mətbuat xidmətindən Trend -a bildirilib ki, Məmmədyarov İslam Konfransı Təşkilatının fəaliyyətini yüksək qiymətləndirərək Dağlıq Qarabağ məsələsində Azərbaycana verilən dəstəyə görə öz minnətdarlığını bildirib.

İhsanoğlu XİN-in Diplomatik Akademiyasının İslam Konfransı Təşkilatı ilə birgə təşkil etdiyi və bu günlərdə Bakıda keçirilən "Sivilizasiyalararası dialoq: Azərbaycandan baxış" beynəlxalq konfransının işinə yüksək qiymət verərək Azərbaycanın sivilizasiyalar arasında dialoqa mühüm və faydalı tövsiyə verməsini təqdirəlayiq hal kimi qiymətləndirib.

Sonra tərəflər İKT çərçivəsində həyata keçirilən layihələr, təşkilatla Azərbaycan arasında faydalı əməkdaşlığın səmərəliliyinin artırılması və bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti