...

Azərbaycanın XİN rəhbəri Beynəlxalq Enerji Agentliyinin İcraiyyə Komitəsinin direktorunu qəbul edib

Siyasət Materials 17 Noyabr 2009 17:03 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Agentliyinin İcraiyyə Komitəsinin direktoru səfir Riçard Consu qəbul edib. Bu barədə Trend News-a çərşənbə axşamı XİN-in mətbuat xidmətindən bildirilib.
Azərbaycanın XİN rəhbəri Beynəlxalq Enerji Agentliyinin İcraiyyə Komitəsinin direktorunu qəbul edib

Azərbaycan, Bakı, 17 noyabr / Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Beynəlxalq Enerji Agentliyinin İcraiyyə Komitəsinin direktoru səfir Riçard Consu qəbul edib. Bu barədə Trend -a çərşənbə axşamı XİN-in mətbuat xidmətindən bildirilib.

Tərəflər qlobal enerji, Xəzər hövzəsində gerçəkləşən və hazırda istifadədə olan enerji layihələri və onların dünya enerji təhlükəsizliyinin təminatı, habelə müasir enerji səmərəliliyi mövzuları ətrafında fikir mübadiləsi aparıblar. Görüşdə Azərbaycanın enerji siyasəti, enerji istehsalı və nəqliyyatı layihələri diqqət mərkəzində olub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti