...

Azərbaycanda korrupsiya halları ilə bağlı cinayət işləri artıb - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri

Siyasət Materials 19 Noyabr 2009 12:00 (UTC +04:00)
"Bu ilin yanvarından indiyə qədər 156 şəxs barəsində 98 cinayət işi istintaq olunub və baxılması üçün məhkəməyə göndərilib", - Trend News-un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev bildirib.
Azərbaycanda korrupsiya halları ilə bağlı cinayət işləri artıb - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri

Azərbaycan, Bakı, 19 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycanda korrupsiya halları ilə bağlı cinayət işləri artıb.

"Bu ilin yanvarından indiyə qədər 156 şəxs barəsində 98 cinayət işi istintaq olunub və baxılması üçün məhkəməyə göndərilib", - Trend -un məlumatına görə, bunu cümə axşamı jurnalistlərə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəhbəri Kamran Əliyev bildirib.

Ötən il korrupsiya hallarına görə 70 iş baxılaraq məhkəmələrə göndərilib.

Əliyev deyib ki, baxılan cinayət işləri həm dövlət qulluğunda, həm də özəl sektorda olan vəzifəli şəxslərə aiddir.

"Cinayət işləri əsasən vəzifə saxtakarlığı, vəzifə səlahiyyətindən sui-istifadə, rüşvət alma-vermə, nüfuz alveri ilə bağlıdır. Bu cür hallar əsasən təhsil, bələdiyyənin vəzifəli şəxslərində olub", - Əliyev əlavə edib.

Onun sözlərinə görə, hazırda idarədə 36 cinayət işinin istintaqı aparılır. Bunların içərisində Bakının Səbail, Kürdaxan və Zığ, Quba rayonunun Əlik bələdiyyəsində aparılan cinayət işlərinin istintaqı da var.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti