...

Gürcüstan jurnalistləri 9 dekabrda Etika Xartiyası imzalayacaqlar

Siyasət Materials 19 Noyabr 2009 21:08 (UTC +04:00)
Gürcüstan jurnalistləri Avropa media ekspertlərinin və Aİ nümayəndələrinin iştirakı ilə Jurnalist Etikası Xartiyası üzrərində işləri başa çatdırıblar. Layihənin təşəbbüskarlarından biri olan ekspert İya Antadzenin verdiyi məlumata görə, Xartiyanın imzalanma mərasimi dekabrın 9-da saat 15:00-da "Redisson" mehmanxanasında olacaq.
Gürcüstan jurnalistləri 9 dekabrda Etika Xartiyası imzalayacaqlar

Gürcüstan, Tbilisi, 19 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstan jurnalistləri Avropa media ekspertlərinin və Aİ nümayəndələrinin iştirakı ilə Jurnalist Etikası Xartiyası üzrərində işləri başa çatdırıblar. Layihənin təşəbbüskarlarından biri olan ekspert İya Antadzenin verdiyi məlumata görə, Xartiyanın imzalanma mərasimi dekabrın 9-da saat 15:00-da "Redisson" mehmanxanasında olacaq. Mərasimə Aİ-nın media proqramları idarəsinin müşaviri Florans Marşal və digər Gürcüstanlı və xarici qonaqlar qatılacaqlar.

Xartiya 11 maddədən ibarətdir. Mətnin imzalanması fərdi xarakter daşıyacaq, Xartiyada nəzərdə tutulmuş prinsiplərə riayət etməyə görə jurnalistlərin üzərinə məsuliyyət qoyulur. Jurnalistlərin imzaladığı Xartiyada nəşr edlən materialların monitorinqini 9 nəfərdən ibarət olan Xüsusi Şura həyata keçirəcək. Şura sədrləri jurnalistlər tərəfindən seçiləcək. Buraya 3 nəfər Tbilisidən, 6 nəfər isə regionlardan daxil olacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti