...

Azərbaycan Prezidenti Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

Siyasət Materials 23 Noyabr 2009 19:33 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib.
Azərbaycan Prezidenti Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbərini qəbul edib

Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul edib. Məlumatı AzərTAc Dövlət İnformasiya Agentliyi yayıb.

Dövlətimizin başçısı Narışkinin geniş səfər proqramı çərçivəsində keçirilən mühüm tədbirlərin ölkələrimiz arasında əlaqələrin gələcəkdə də uğurlu inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

"Bu gün həqiqətən də çox dolğun və maraqlı bir gün olub. Mən "Rus kitabı evi"nin açılış mərasimində iştirak etdim, şərəfli və xoş bir missiyanı həyata keçirdim - Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəyə dövlət mükafatı olan "Şərəf " ordenini təqdim etdim və Vneştorqbankın Azərbaycandakı filialının açılışında iştirak etdim", - Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri deyib.

Prezident İlham Əliyev görülən bu işlərin əlaqələrimizin müxtəlif istiqamətlərini, o cümlədən humanitar və iqtisadi sahələri əhatə etdiyini, həmçinin müxtəlif dini konfessiya nümayəndələri arasında əməkdaşlığın daha da möhkəmlənməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıb. Dövlətimizin başçısı bununla əlaqədar bu yaxınlarda Bakıda Moskvanın və bütün Rusiyanın Patriarxı Kirillin də iştirak etdiyi beynəlxalq tədbiri xatırlayıb.

İqtisadi əməkdaşlıq məsələlərinə toxunan Prezident İlham Əliyev bu baxımdan Rusiya Federasiyasının ən iri banklarından olan Vneştorqbankın filialının açılmasının önəmini qeyd edib və bunun müxtəlif birgə iqtisadi layihələrin həyata keçirilməsi işinə öz töhfəsini verəcəyinə əminliyini bildirib.

Dövlətimizin başçısı bildirib ki, Narışkinin səfər proqramının əhatə etdiyi tədbirlər bir daha onu göstərir ki, Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlər çoxşaxəlidir və uğurla inkişaf edir.

Xəbər lenti

Xəbər lenti