...

Tbilisidə üç müxalifət fəalı azadlığa buraxılıbTbilisidə üç müxalifət fəalı azadlığa buraxılıb

Siyasət Materials 24 Noyabr 2009 13:27 (UTC +04:00)
Tbilisi şəhər məhkəməsi "7 noyabr" müxalifət gənclər hərəkatının üç üzvünün hər birini 500 lari (1 dollar = 1,68 lari) cərimə edib.
Tbilisidə üç müxalifət fəalı azadlığa buraxılıbTbilisidə üç müxalifət fəalı azadlığa buraxılıb

Gürcüstan, Tbilisi, 24 noyabr / Trend , müxbir N. Kirtsxalia/

Tbilisi şəhər məhkəməsi "7 noyabr" müxalifət gənclər hərəkatının üç üzvünün hər birini 500 lari (1 dollar = 1,68 lari) cərimə edib.

İrakli Kordzaya, Daçi Çaquriya, Caaba Cişkariani dünən axşam Rustaveli prospektində müxtəlif illərdə polislər tərəfindən öldürülmüş gənclərlə bağlı plakatlarla nümayiş keçirən zaman saxlanılıblar.

Onlar polisə müqavimət göstərməkdə ittiham olunaraq saxlanılaraq, hər biri 500 lari cərimə olunub. Bu məbləğ ödənildikdən sonra onlar azad olunublar.

Saxlanılanların özləri bildiriblər ki, onlar sadəcə, aksiya keçiriblər və polisə heç bir müqavimət göstərməyiblər.

Lakin məhkəmə onların ifadələrini qəbul etməyib.

Xəbər lenti

Xəbər lenti