...

Gürcüstanın Baş naziri Böyük Britaniyaya bir həftəlik səfərə yola düşəcək

Siyasət Materials 24 Noyabr 2009 19:07 (UTC +04:00)

Gürcüstan, Tbilisi, 24 noyabr / Trend , müxbir N.Kirsxaliya/

Gürcüstanın Baş naziri Nika Qilauri bu gecə Böyük Britaniyaya bir həftəlik səfərə yola düşəcək. Bu müddət ərzində o, London və Dublinə səfər etməyi nəzərdə tutur. Bu barədə Gürcüstanın hökumət aparatından Trend -a bildirilib.

Baş naziri Gürcüstanın iqtisadiyyat naziri Zurab Pololikaşvili müşayiət edəcək. Əvvəlcədən verilmiş məlumata görə, Gürcüstan tərəfi Böyük Britaniyadan investisiya cəlb edilməsi məsələsinə dair danışıqlar aparacaq.

Rəsmi şəxslərlə bir sıra görüşlər nəzərdə tutulub, lakin onların siyahısı hazırda dəqiqləşdirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti