...

Azərbaycanda məişət zorakılığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var - vitse-spiker

Siyasət Materials 25 Noyabr 2009 11:08 (UTC +04:00)
Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, məişət zorakılığı haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac var.
Azərbaycanda məişət zorakılığı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsinə ehtiyac var - vitse-spiker

Azərbaycan, Bakı, 25 noyabr / Trend , müxbir K.Zərbalıyeva/

Azərbaycan Parlamentinin vitse-spikeri hesab edir ki, məişət zorakılığı haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsinə ehtiyac var.

"Azərbaycanda məişət zorakılığı haqqında qanunvericiliyin daha da təkmilləşdirilməsinin və xüsusi qanunun qəbul edilməsinin vaxtı çatıb", - Trend -un məlumatına görə, bunu Bakıda ATƏT-in, Milli Məclisin, Ailə, Qadın və Uşaq Problemləri Dövlət Komitəsinin "Məişət zorakılığınını qarşısının alınması: ictimaiyyəti məlumatlandırmaq və qanuna dəstək" mövzusunda bu gün birgə keçirilən tədbirində vitse-spiker Bahar Muradova bildirib.

Azərbaycan Parlamenti 2008-ci ildə "Məişət zorakılığı haqqında" qanun layihəsini müzakirəyə çıxarsa da, onun yenidən təkmilləşdirilməsinə ehtiyac olduğu bildirilir.

Muradova deyib ki, heç kəs faciəli sonluqla bitən dramatik hadisələrin Azərbaycan ailələrində davam etdirilməsində maraqlı deyil.

"Məişət zorakılığı tək Azərbaycan üçün xarakterik deyil, bütün inkişaf etmiş dövlətlərdə mövcuddur", - vitse-spiker əlavə edib. Onun sözlərinə görə, Azərbaycan qanunvericiliyində ailənin, uşaqların, qadınların dövlət himayəsində olması o demək deyil ki, bunlar real həyatda tam mənada həyata keçirilir.

"Ər-arvad münaqişələrinin etik münaqişələr olduğunu nəzərə alsaq, hüququn bu məsələlərdə dərindən işləməsi çətinləşib", - Muradova vurğulayıb.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti