Azərbaycan, Bakı, 26 noyabr / Trend , müxbir A.Hüseynbala/
Azərbaycan Parlamentində "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında" Konstitusiya qanununa dəyişikliyin ikinci səsverməsi keçirilib və qəbul edilib.
Trend -un məlumatına görə, Milli Məclis mayın 26-da qanuna dəyişiklik edib və bir nəfərin yalnız bir dəfə ombudsman seçilməsi norması "eyni şəxs iki dəfədən artıq seçilə bilməz" variantına dəyişdirilib. Qanuna ombudsmanın səlahiyyət müddətini müəyyənləşdirən yeni maddə də əlavə olunub. Həmin maddəyə görə, səlahiyyət müddəti bitmiş müvəkkil onun yerinə yenisi seçilənədək vəzifəsinin icrasını davam etdirir.
Konstitusiya qanunları və ona dəyişikliklər iki səsvermədə qəbul olunur. İkinci səsvermə birincidən altı aydan sonra keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]