...

Azərbaycan XİN-in rəhbəri Afinaya yola düşüb

Siyasət Materials 30 Noyabr 2009 17:54 (UTC +04:00)
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 1-2 dekabr tarixlərində Yunanıstanın paytaxtında keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasında iştirak etmək üçün bazar ertəsi axşam Afinaya yola düşüb.
Azərbaycan XİN-in rəhbəri Afinaya yola düşüb

Azərbaycan, Bakı, 30 noyabr/ Trend , müxbir M.Əliyev/

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov 1-2 dekabr tarixlərində Yunanıstanın paytaxtında keçiriləcək ATƏT-in Xarici İşlər Nazirləri Şurasının illik iclasında iştirak etmək üçün bazar ertəsi axşam Afinaya yola düşüb.

Azərbaycanın xarici siyasət idarəsinin başçısı sabah ATƏT XİNŞ-nin iclasında çıxış etməyə hazırlaşır, XİN-in rəsmi nümayəndəsi Elxan Poluxov Trend -a deyib.

Günün ikinci yarısında Minsk Qrupu həmsədrlərinin iştirakı ilə Azərbaycan XİN rəhbərinin erməni həmkarı Edvard Nalbandyanla görüşü planlaşdırılıb. İlkin proqrama əsasən, görüşdə Minsk Qrupunun həmsədr dövlətlərinin - Rusiya, Fransa və ABŞ-ın XİN rəhbərlərinin də iştirakı gözlənilir.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Azərbaycan XİN-in rəhbəri Afinada bir sıra ölkələrin xarici siyasət idarələrinin rəhbərləri ilə də ikitərəflli görüşlər keçirəcək, GÜAM xarici işlər nazirlərinin görüşündə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti