...

ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Azərbaycanda regional məsələləri müzakirə edəcək

Siyasət Materials 1 Dekabr 2009 13:11 (UTC +04:00)
ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker yanvarın sonunda Azərbaycana səfər etməyi və regional məsələləri müzakirə etməyi planlaşdırır.
ATƏT PA-nın Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Azərbaycanda regional məsələləri müzakirə edəcək

Yunanıstan, Afina, 1 dekabr / Trend , E.Hüseynov/

ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker yanvarın sonu Azərbaycana səfər etməyi və regional məsələləri müzakirə etməyi planlaşdırır.

"Səfərin tarixi hələ dəqiqləşdirilməyib, bu, Ukraynadakı seçkilərin gedişindən asılı olacaq", - ATƏT XİNŞ iclası zamanı Lenmarker Afinadakı jurnalistlərə deyib.

Onun sözlərinə görə, bu regional səfər olacaq. "Biz Azərbaycan, Ermənistan və Gürcüstana səfər edəcək və həmin ölkələrin başçıları ilə ATƏT-lə əməkdaşlıq məsələlərini, həmçinin regional məsələləri müzakirə edəcəyik", - Lenmarker deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır.

1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

Xəbər lenti

Xəbər lenti