...

Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həssaslıqla yanaşılmalıdır – deputat

Siyasət Materials 4 Dekabr 2009 17:36 (UTC +04:00)
"Miqrasiya orqanlarında qulluq keçmə haqqında" Əsasnamənin qəbulu vacibdir", - Trend News-un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.
Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həssaslıqla yanaşılmalıdır – deputat

Azərbaycan, Bakı, 04 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatı hesab edir ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə həssaslıqla yanaşılmalıdır.

Qeyri-rəsmi məlumatlara görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır.

Parlamentin bu gün keçirilən iclasında "Miqrasiya orqanlarında qulluq keçmə haqqında" Əsasnamə təsdiqlənib.

"Miqrasiya orqanlarında qulluq keçmə haqqında" Əsasnamənin qəbulu vacibdir", - Trend -un məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında deputat Qənirə Paşayeva bildirib.

Paşayeva deyib ki, tez-tez Miqrasiya Xidmətinin rəhbəri ilə görüşür və miqrasiya ilə bağlı problemləri müzakirə edirlər.

"Xahiş edirəm ki, Gürcüstanda yaşayan azərbaycanlıların problemlərinə də həssaslıqla yanaşılsın", - millət vəkili əlavə edib.

Əsasnamə layihəsi barədə parlamentin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova deyib ki, Azərbaycanda Miqrasiya Xidməti yeni yaradılıb.

"Ona görə də bu sahə Azərbaycan dövləti üçün prioritet sahələrdən hesab olunur. Biz Miqrasiya Xidmətinin işinin təşkilində qanunvericilik bazasının formalaşdırılması yönündə üzərimizə düşən vəzifələri yerinə yetirməliyik. Miqrasiya sahəsində işləyənlər də məsuliyyətli və həssas olmalıdırlar", - o vurğulayıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti